NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

14 yaşlı idmançımız böyüklərin ölkə çempionatında mükafatçı olub

...

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçirilib. 
"Şərq qapısı" xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Mərkəzində reallaşan yarışda paytaxt və bölgələrimizi təmsil edən 80-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.  

Naxçıvan Muxtar Respublikasından çempionatda Əməkdar məşqçi Şəfi Hüseynovun rəhbərliyi ilə “Şərur UGİM” komandasının idmançısı Fəxrəddin Allahverdiyev iştirak edib.

Fəxrədddin kişilər arasında 88 kq çəki dərəcəsində çıxış edib. İlk dəfə olaraq böyüklər arasında gücünü sınayan yeniyetmə idmançı çətin mübarizəni ilk üçlükdə tamamlaya bilib. Belə ki, Fəxrəddin Allahverdiyev iki hərəkətin cəmində 255 kq (115+140) nəticə ilə bürünc medala sahib çıxıb.

Xatırladaq ki, 14 yaşlı idmançımız bundan öncə yeniyetmələr arasında 3 dəfə Azərbaycan birincisi olub.

Nəşr edilib : 16.03.2026 15:55