Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə mün...
16:12 18.04.2026
0
0
0
“Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, 2024-2025-ci tədris ilində ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin 1061 nəfərini qızlar təşkil edib. Qeyd olunub ki, 500-700 intervalında bal toplamış abituriyentlər arasında 236 nəfəri qızdır. Komitə sədri əlavə edib ki, Naxçıvan qadınları professor, elmlər doktoru, dosent və fəlsəfə doktoru kimi elmi dərəcələrə yiyələnərək elmi fəaliyyətləri ilə Azərbaycan elminə mühüm töhfələr verirlər. Hazırda muxtar respublikada 2 professor, 8 elmlər doktoru, 60-dan artıq dosent və 120-dən çox fəlsəfə doktoru olan qadınlar var.
Digər xəbərlər