NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

2025-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

2025-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 490 milyon 515 min 800 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3,2 faiz artaraq 3159,8 manat olmuşdur.

***

Cari ilin yanvar-noyabr  aylarında muxtar respublikada 441 milyon 468 min 300 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 14,1 faiz çoxdur. Sənaye məhsulunun 364 milyon 519 min 200 manatı və ya 82,6 faizi malların, 76 milyon 949 min 100 manatı və ya 17,4 faizi isə xidmətlərin payına düşmüşdür.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 76,9 faizi emal, 19,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

2025-ci ilin yanvar-noyabr  aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 204 milyon 18 min 500 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 45,4 faiz çoxdur.

İstifadə olunmuş vəsaitin 72 milyon 963 min 400 manatı və ya 35,8 faizi məhsul istehsalı sahələrinə, 48 milyon 857 min 300 manatı və ya 23,9 faizi xidmət sahələrinə, 82 milyon 197 min 800 manatı və ya 40,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala vəsait qoyuluşunun 146 milyon 392 min 400 manatı və ya 71,8 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz çoxdur.

***

Cari ilin yanvar-noyabr  aylarında muxtar respublikada 344 milyon 361 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 190 milyon 588 min 600 manatı bitkiçilik sahəsi üzrə, 153 milyon 772 min 600 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,7 faiz azalmışdır.

***

2025-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 6 milyon 663 min 100 ton yük, 44 milyon 84 min 400 sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,0 faiz, sərnişin daşınması isə 1,1 faiz artmışdır.

***

Cari ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq  33 milyon 416 min manat olmuşdur. Xidmətlərin 40,2 faizi mobil telefon rabitəsi sahəsində, 66,3 faizi isə qeyri-dövlət sektorunda formalaşmışdır.

***

2025-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 245 milyon 309 min 600 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Ticarət şəbəkəsində 641 milyon 334 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 603 milyon 975 min 200 manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 57,2 faiz artaraq 2025-ci il noyabr  ayının 1-ə milli valyuta ekvivalentində 36 milyon 88 min 200 manat təşkil etmişdir. Əmanətlərin 93,9 faizi milli, 6,1 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 92,8 faiz artmışdır.

***

Cari ilin yanvar-noyabr  aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 113 milyon 277 min 120 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 12 milyon 780 min 860 dollarını və ya 11,3 faizini ixrac olunmuş məhsulların, 100 milyon 496 min 260 dollarını və ya 88,7 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 1,3 faiz, o cümlədən idxal 4,3 faiz azalmış, ixrac isə 31,6 faiz artmışdır.

                                                               ***

2025-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 182 milyon 330 min 600 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

                                                                ***

2025-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada ortaaylıq nominal əməkhaqqı 812,0 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur

***

1 noyabr  2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 1727 nəfər və ya 0,4 faiz artaraq 472336 nəfər olmuşdur.

Nəşr edilib : 11.12.2025 12:12