NAXÇIVAN :

14 Iyun 2026, Bazar

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

...

Cari ilin mart–aprel aylarında müşahidə olunan güclü leysan yağışları, sel suları Bakı şəhərində və ölkənin bir sıra bölgələrində yol infrastrukturuna ciddi ziyan vurub.
“Şərq qapısı” xəbər verir ki, dəymiş ziyanın aradan qaldırılması və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə təxirəsalınmaz tədbirlərə başlanılıb.
Hazırda Bakı şəhəri və 8 rayonun (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Ağsu və İsmayıllı) ərazisində ümumilikdə 25 avtomobil yolunda bərpa işləri aparılır. İşlər çərçivəsində zədələnmiş yol hissələri, körpü və suötürücü qurğular təmir olunur, riskli ərazilərdə mühafizə tədbirləri gücləndirilir.
Görülən tədbirlərin məqsədi nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməklə bölgələrarası nəqliyyat əlaqəsini tam bərpa etməkdir. Bununla yanaşı, intensiv yağıntılar zamanı yarana biləcək risklərin qarşısının alınması üçün əlavə qabaqlayıcı tədbirlər də həyata keçirilir.

Nəşr edilib : 14.06.2026 15:30