Ceyhun Bayramov: Rusiya ilə Ukrayna arasında sülhü...
14:17 25.05.2025
0
0
0
Xəbər verdiyimiz kimi, Naxçıvanda ll və lll ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirilib. Abituriyentlər imtahan barədə təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər:
Məhərrəm Nağıyev: – Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanda iştirak etdim. İnanıram ki, bu mərhələdə daha yüksək nəticə əldə edəcəyəm. İmtahan prosesi isə çox şəffaf keçdi. Suallar gözlədiyimdən də asan idi. Ümid edirəm ki, nəticəm yaxşı olar və arzuladığım universitetə qəbul ola bilərəm. İmtahan verən bütün abituriyentlərə uğurlar arzu edirəm!
Gülxanım Baxşəliyeva: – Bu gün lll ixtisas qrupu üzrə qəbul imtahanı verdim. İmtahan sualları hazırlaşdığım mövzuları əhatə etdiyindən mənim üçün asan keçdi. Özümə inanıram, inşallah ki, yüksək nəticə əldə edərək valideynlərimi sevindirərəm.
Bülbül QULİYEVA
Digər xəbərlər