NAXÇIVAN :

02 Avqust 2026, Bazar

ABŞ Prezidenti: İran ilə razılaşma hələ də mümkündür

...

ABŞ Prezidenti Donald Tramp Vaşinqton ilə Tehran arasında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasına baxmayaraq, razılaşmanın hələ də mümkün olduğunu bildirib.

"Şərq qapısı" xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin İranla bağlı suallarını cavablandırarkən danışıb.

“Bəli, düşünürəm ki, razılaşma mümkündür”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, mövcud gərginliyə baxmayaraq, Vaşinqton və Tehran arasında diplomatik razılığın əldə olunması ehtimalı qalmaqdadır.

Nəşr edilib : 14.07.2026 08:10