Azərbaycan, Serbiya və Türkiyə arasında media sahə...
15:46 28.06.2025
0
0
0
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərov Türkiyəyə səfər çərçivəsində Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu ilə görüşüb.
ADNSU-dan bildirilib ki, görüşdə əməkdaşlıq əlaqələri müzakirə olunub. Gələcəkdə iki ali təhsil müəssisəsi arasında tələbə-müəllim mübadiləsi, birgə elmi işlərin icrası istiqamətində fikir mübadiləsi aparılıb, perspektiv layihələrlə bağlı hədəflər müəyyən olunub.
Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Digər xəbərlər