NAXÇIVAN :

21 Avqust 2026, Cümə

ADY dəmiryol keçidlərində sürücü və piyadaları diqqətli olmağa çağırıb

...

Cari ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə qeydə alınıb.

"Şərq qapısı" “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadla xəbər verir ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücü və piyadalar arasında, təəssüf ki, xəsarət alanlar və həyatını itirənlər olub. Bir göz qırpımında baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq üçün ADY tərəfindən dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanıb.

ADY bir daha sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırır.

Nəşr edilib : 21.08.2026 17:16