NAXÇIVAN :

01 Sentyabr 2026, Çərşənbə axşamı

Ağdama növbəti köç: daha 117 ailə doğma yurduna qovuşub

...

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Sentyabrın 1-də Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

"Şərq qapısı" xəbər verir ki, bu mərhələdə 117 ailə olmaqla, 362 keçmiş məcburi köçkün doğma yurda - Ağdam şəhərinə qovuşub.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Nəşr edilib : 01.09.2026 14:52