Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərb...
19:57 19.10.2026
0
0
0
Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi də prioritet məsələlərdəndir.
“Şərq qapısı” xəbər verir ki, bu istiqamətdə növbəti tədbir Ağdərə rayonunun Heyvalı kəndinə köçürülən ailələr arasında keçirilib. Tədbir zamanı sakinlərə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri, vahid aylıq müavinətin ödənilməsi və qanunvericilikdə nəzərdə tutulan müddətlər barədə məlumat verilib. Həmçinin daimi yaşayış yerinə qayıtmış şəxslərə ödənilən vahid aylıq müavinətin üçillik müddət başa çatdıqdan sonra dayandırılması və mina təhlükəsi ilə bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, maarifləndirici videoçarxlar mediada mütəmadi olaraq yayımlanır. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsinin tədbirlər planına uyğun olaraq, aidiyyəti şöbələr, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən keçmiş məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir. Eyni zamanda, sosial müdafiə tədbirləri ilə bağlı məlumat kitabçaları və broşürlər hazırlanaraq sakinlərə təqdim olunur, maarifləndirici videoçarxlar çəkilir.
Digər xəbərlər