Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2025-...
15:22 19.01.2026
0
0
0
NAXÇIVAN :
19 Yanvar 2026, Bazar ertəsi
Həkim olmaq qərarı verən gənc cəsarətlidir, hərbi həkim olmaq istəyi duyan gənc isə çox cəsarətlidir. Çünki bir əlində silah, digər əlində neştər tuta bilməyi hər kəs bacarmaz. O da bu cəsarəti özündə tapan oğul idi. Həkim olub həm həkimlik, həm də zabitlik şərəfini ləyaqətlə qoruyan Azərbaycan həkiminin döyüş meydanında necə şərəflə xidmət etdiyini sübut edən ağxalatlı qəhrəmanlardan biridir Vətən müharibəsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Turqut Xəlilbəyli.
Vətən müharibəsinin ilk və tək şəhid həkimi olan leytenant Turqut Xəlilbəyli müharibənin ilk günlərindən ön cəbhədə yaralı əsgər və zabitlərin həyatını xilas etmək üçün var gücü ilə çalışıb, öz vəzifəsini layiqincə yerinə yetirirdi. Oktyabr ayının 7-də Turqut yenə də döyüş meydanında idi. Yaralı əsgərlərimizi atəş altından çıxarır, onlara ilk tibbi yardımı göstərirdi. Həmin gün də o, yaralı əsgərlərimizi xilas etmək məqsədilə atəş altına üç dəfə girir. Lakin dördüncü dəfə düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşür. Bu zaman Turqut özünü yaralı əsgərimizin üzərinə atır və öz canı bahasına onun həyatını xilas edir. Aldığı ağır qəlpə yaraları səbəbindən leytenant Turqut Xəlilbəylinin həyatını qurtarmaq mümkün olmur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər