NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

AIDA və TİKA arasında Anlaşma Memorandumu imzalanıb

...

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb.

"Şərq qapısı" xəbər verir ki, sənəd iki qurum arasında inkişaf əməkdaşlığının genişləndirilməsini, birgə layihələrin həyata keçirilməsini, təcrübə və bilik mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.

Anlaşma Memorandumu Azərbaycan və Türkiyənin beynəlxalq inkişaf sahəsində əməkdaşlığının daha da möhkəmləndirilməsinə və tərəfdaş ölkələrdə birgə fəaliyyətin genişləndirilməsinə xidmət edəcək.

Nəşr edilib : 10.09.2026 11:40