Təhsil naziri Ukraynada fəaliyyət göstərən akademi...
21:47 06.06.2025
0
0
0
NAXÇIVAN :
07 Iyun 2025, Şənbə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 nömrəli tam orta məktəbdə “Ailə, məktəb və cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Abdulla Əsgərov çıxış edərək mövzunun əhəmiyyətindən bəhs ediblər. Qeyd ediblər ki, bu cür maarifləndirmə tədbirlərinin orta məktəblərdə keçirilməsinin əsas məqsədinin valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin, məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, məktəb psixoloqlarının işinin gücləndirilməsi və daha səmərəli təşkil edilməsidir. Ailədən sonra tərbiyə məktəbdə davam edir. Uşağın tanış olduğu ikinci vacib və əhəmiyyətli ictimai mühit məktəbdir. Müəllimlər və sinif yoldaşları onun ailə üzvlərindən sonra ən çox ünsiyyətdə olduqları şəxslərdir. Müəllimlərlə valideynlər həmrəy olmağı bacarmalı, müəllimlər şagirdlərinin ailə mühitinə, valideynlər isə məktəb atmosferinə yaxından bələd olmalıdırlar. Ailə, məktəb və cəmiyyət bir-birini tamamlayan əsas tərbiyə ocaqlarıdır. Uşağın şəxsiyyət kimi formalaşmasında ailənin verdiyi ilk təməl, məktəbin verdiyi bilik və cəmiyyətin verdiyi dəyərlər mühüm rol oynayır. Bu üç mühüm institutun əməkdaşlığı sağlam və vətənpərvər gəncliyin yetişməsini təmin edir.
Tədbir diskussiya şəklində davam etmişdir.
Digər xəbərlər