NAXÇIVAN :

19 May 2025, Bazar ertəsi

Ailə Sağlamlıq mərkəzlərinin tibbi heyəti üçün maarifləndirici təlim keçirilib

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq səhiyyə sistemində aparılan islahatlar çərçivəsində Ailə Sağlamlıq mərkəzlərində çalışan tibbi heyət üçün növbəti maarifləndirici təlim təşkil olunub.
Təlimin əsas məqsədi imtiyazlı dərman preparatlarının paylanması ilə bağlı qanunvericiliyin tələbləri, vətəndaşlarla ünsiyyət mədəniyyəti və bu sahədə tibbi personalın peşəkar bilik və bacarıqlarının artırılması olub. Tədbir zamanı iştirakçılara mövzu ilə bağlı geniş məlumat verilib, praktik nümunələr və mövcud hüquqi çərçivə izah olunub.
Təlimdə həkim-endokrinoloq Aysel Dünyamalıyeva çıxış edərək imtiyazlı dərman vasitələrinin düzgün və şəffaf şəkildə paylanma qaydaları, eləcə də pasiyentlərlə səmərəli ünsiyyətin qurulması istiqamətində vacib tövsiyələr verib.
Maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 19.05.2025 12:20