NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Ali Məclis sədrinin birinci müavini sərəncamlar imzalayıb

...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 22 iyul 2026-cı il tarixdə imzaladığı sərəncamla Xaliq Yunis oğlu Babayev “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Həmçinin eyni tarixli digər bir sərəncamla isə Vüsal Hicran oğlu Muradov “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Vüsal Hicran oğlu Muradova həvalə olunub.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 22.07.2026 22:08