Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi...
21:19 23.05.2025
0
0
0
NAXÇIVAN :
23 May 2025, Cümə
"Prezident İlham Əliyevin Budapeştdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı, Azərbaycanın milli maraqlara əsaslanan prinsipial və uzaqgörən xarici siyasətinin davamıdır. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan təkcə regionda deyil, Türk dünyasında da birləşdirici və təşəbbüskar qüvvə rolunu uğurla oynayır".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevinc Həsənova deyib.
Deputat bildirib ki, xüsusilə dövlət başçımızın vurğuladığı nəqliyyat və logistika sahəsindəki uğurlar, Azərbaycanın geostrateji mövqeyini daha da möhkəmləndirir. Bu sahədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri – yeni hava limanları, dəniz limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin artırılması – ölkəmizi Avrasiyanın mühüm tranzit qovşaqlarından birinə çevirir və türk dövlətləri üçün alternativ, təhlükəsiz və sürətli nəqliyyat marşrutları yaradır.
Sevinc Həsənova vurğulayıb ki, Prezidentin Zirvə görüşündə COP29-la bağlı çıxışı isə Azərbaycanın qlobal iqlim məsələlərində nə qədər məsuliyyətli və təsirli oyunçu olduğunu nümayiş etdirdi: "Qlobal Cənubla Qlobal Şimal arasında körpü rolunu oynamaq, yeni maliyyə hədəfləri və "yaşıl enerji" təşəbbüsləri kimi məsələlərdə Azərbaycanın təşəbbüsləri, beynəlxalq ictimaiyyətin də ciddi rəğbətini qazanıb. Bütün bu çıxışda səsləndirilən fikirlər bir daha sübut edir ki, Azərbaycan həm türk birliyinin möhkəmlənməsində, həm də beynəlxalq məsələlərin həllində etibarlı, prinsipial və səmərəli tərəfdaşdır. Dövlətimizin rəhbəri tərəfindən qoyulan bu strateji xətt biz parlament üzvləri üçün də əsas yol xəritəsidir”.
Digər xəbərlər