NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib

...

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib və Azərbaycana həmrəylik ifadə edib.
“Şərq qapısı” xəbər verir ki, nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqnerin X platformasında Almaniya XİN adından paylaşdığı məlumatda bildirilib: “İranın Naxçıvana dron hücumlarını ən sərt şəkildə pisləyir, Azərbaycanla və hadisədən zərər çəkənlərlə tam həmrəy olduğumuzu bildiririk. Vəziyyəti və sonrakı prosesləri yaxından izləməkdə davam edirik”.

Nəşr edilib : 08.03.2026 18:58