Penitensiar müəssisəyə narkotik vasitələrin keçiri...
12:34 27.11.2026
0
0
0
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın Gənclər Akademiyasının strukturunun təkmilləşdirilməsi və tərkibində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.
Akademiyadan bildirilib ki, iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Gənclər Akademiyasının yeni yaradılmasına baxmayaraq, qısa müddətdə bir sıra uğurlara imza atdığını, onun üzvlərinin AMEA-nın ictimai həyatında yaxından və fəal iştirak etdiyini söyləyib. AMEA rəhbəri Gənclər Akademiyasının fəaliyyət istiqamətlərinin genişləndirilməsi, həyata keçirilən elmi-təşkilati layihələrin miqyasının artırılması, struktur bölmələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və idarəetmədə funksional bölgünün daha səmərəli təşkilinin onun mövcud strukturunun və tərkibinin təkmilləşdirilməsini zəruri etdiyini deyib.
Məsələ ilə əlaqədar AMEA-nın Gənclər Akademiyasının sədri dosent Elmir Babayev çıxış edərək Gənclər Akademiyasının strukturunda, İdarə Heyətinin və struktur bölmələrinin tərkibindəki müvafiq dəyişiklikləri diqqətə çatdırıb.
Daha sonra Gənclər Akademiyasının yeni tərkibi Rəyasət Heyətinə təqdim olunub və yekdilliklə qəbul edilib.
Digər xəbərlər