NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Xocalıda minaya düşən ANAMA-nın əməkdaşının vəziyyəti açıqlanıb – YENİLƏNİB

...

Bu gün saat 10:30 radələrində Xocalı rayonunun Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, pasiyent ixtisaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

11:53

İşğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində fevralın 18-də mina hadisəsi baș verib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Agentliyin əməkdaşı, 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.

Çobanov Vasif rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Nəşr edilib : 18.02.2026 17:28