NAXÇIVAN :

07 Noyabr 2026, Şənbə

Ankaradakı rəqəmsal reklam lövhələrində Azərbaycanın ünvanına təbriklər yerləşdirilib

...

Ankaranın əsas yolları və prospektləri boyunca yerləşən rəqəmsal reklam lövhələrində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana təbrik mesajları yerləşdirilib.
"Şərq qapısı" xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin təşəbbüsü Türkiyə paytaxtının şəhər bələdiyyəsi tərəfindən dəstəklənib.
Bələdiyyənin reklam lövhələrində bu sözlər yazılıb: “Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik. Sizin sevinciniz bizim sevincimizdir!”

Nəşr edilib : 07.11.2026 14:27