NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Türkiyə DİN: Əlaqənin kəsildiyi təyyarədə 5 sərnişin olub – YENİLƏNİB

...

Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, təyyarə Ankaranın cənubundakı Haymana rayonu üzərində olarkən pilot eniş üçün icazə istəyib. Lakin daha sonra təyyarə ilə əlaqə kəsilib.

23:57

Ankaradan Tripoliyə uçan “Falcon 50” tipli təyyarə ilə əlaqə kəsilib.

“Şərq qapısı” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Esenboğa Hava Limanından yerli vaxtla saat 20:10-da qalxan təyyarə ilə əlaqə 20:52-də kəsilib. Yerli media təyyarədə Liviyanın Baş qərargah rəisi Mohammed Ali Ahmed el Haddadın rəhbərlik etdiyi nümayəndə heyətinin olduğunu bildirib. Təhlükəsizliklə əlaqədar paytaxtın hava məkanında bütün uçuşlar dayandırılıb.
Baş qərargah rəisi Selçuk Bayraktaroğlunun dəvəti ilə Türkiyəyə səfərə gələn Mohammed Ali Ahmed el Haddad bu gün Ankarada bir sıra görüşlər keçirib.

Nəşr edilib : 23.12.2025 00:10