NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

“Araz-Naxçıvan” avrokuboklarla vidalaşıb

...

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” III təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Şərq qapısı" xəbər verir ki, komanda Kiprdə “Omoniya”nın qonağı olub.

Nikosiyadakı GSP stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə də (4:0) qalib gələn “Omoniya” adını pley-off mərhələsinə yazdırıb, Naxçıvan təmsilçisi isə turnirlə vidalaşıb.

Nəşr edilib : 14.08.2025 23:35