Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Konfrans Liqasında mübarizə aparan muxtar respublikanın "Araz-Naxçıvan" komandası tarixi qələbə qazanıb.
"Şərq qapısı" xəbər verir ki, "Araz-Naxçıvan" bu gün Konfrans Liqasında "Aris"i qəbul edib.
Qarşılaşmada hesabı qonaqlar açıblar. 66-cı dəqiqədə Moron Loren fərqlənib. Bununla belə özündə güc tapan meydan sahibləri 75-ci dəqiqədə Felipe Santosun, 3 dəqiqə sonra isə Patrik Andradenin qoluna seviniblər.
Qeyd edək ki, tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
24 iyul
"Araz-Naxçıvan" – Aris 2:1
Baş hakim: Andrey Kivulete (Rumıniya).
Bakı, “Dalğa Arena”.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribetro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarlz Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqes, 26. Ömər Buludov.
Baş məşqçi: Elmar Baxşıyev.
Aris: 33. Georgis Atanasiadis, 4. Fabiano, 7. Karles Peres, 8. Monçu (k), 10. Uroş Raçiç, 14. Yakub Brabeç, 27. Noa Fadiqa, 37. Hamza Mendil, 80. Loren Moron, 97. Fredrik Yensen, 99. Kleyton Diandi.
Ehtiyat oyunçular: 21. Lovro Maykiç, 91. Emilyano Karaj, 15. Alvaro Texero, 17. Martin Fridek, 18. Olimpiu Morutan, 24. Pedro Alvaro, 28. Dudu, 41. Kostas Xarupas, 70. Yannis Yanniotas, 77. Mixail Panagidis.
Baş məşqçi: Marinos Uzunidis.
Digər xəbərlər