NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Astanada Türk Ticarət və Sənaye Palataları Birliyinin növbədənkənar iclası keçirilir

...

Qazaxıstanın paytaxtı Astanada Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) rəhbərlərinin növbədənkənar iclası keçirilir.

"Şərq qapısı" xəbər verir ki, iclasda TCCI-yə üzv dövlətlərin ticarət və sənaye palatalarının rəhbərləri, dövlət qurumlarının, Türk Dövlətləri Təşkilatının və Türk İnvestisiya Fondunun nümayəndələri iştirak edirlər.

Gündəliyin əsas mövzuları TCCI-nin daha əvvəl qəbul etdiyi qərarların icrası, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Sammitinə təkliflərin hazırlanması və birliyin institusional inkişafıdır. İştirakçılar, həmçinin vahid investisiya portfelinin formalaşdırılması, ortaq elektron ticarət və ixrac platformasının yaradılması, eləcə də biznesin qarşılıqlı fəaliyyəti üçün rəqəmsal alətlərin tətbiqini müzakirə edirlər.

Bu il Qazaxıstan Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik edir.

Nəşr edilib : 11.09.2026 16:21