NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

ATƏT PA sədri: Azərbaycan və Ermənistan parlamentarilərinin görüşü sülh prosesinə dəstəyin göstəricisidir

...

Azərbaycan və Ermənistan parlamentarilərinin bir araya gəlməsi Cənubi Qafqazda sülh prosesinə verilən dəstəyin göstəricisidir.
"Şərq qapısı" xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampyetro Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.
O, hər iki ölkədən olan nümayəndə heyətləri ilə görüşdüyünü bildirib: "Mən çox qürur duyuram ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilk dəfədir ki, İstanbulda keçirilən bu sessiyalarda ikitərəfli qaydada görüşürlər".
Pere Xuan Pons, həmçinin parlament diplomatiyasının sülhə töhfə vermək üçün bir vasitə olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, noyabrın 18-də ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.

Nəşr edilib : 20.11.2025 20:00