NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Avropa çempionatı: Azərbaycanın daha 3 güləşçisi finala yüksəlib

...

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir.
“Şərq qapısı” xəbər verir ki, Azərbaycan təmsilçiləri Ceyhun Allahverdiyev (61 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Yusif Dursunov (125 kq) finala yüksəliblər. Ağanəzər Novruzov (74) kiloqram) ilə Vasif Xudiyev (86 kiloqram) bürünc medal uğrunda mübarizə aparacaqlar.
Ötən gün Vasif Bağırov (57 kiloqram) və Səbuhi Əmiraslanov (79 kiloqram) adlarını finala yazdırıblar. Musa Ağayev (65 kiloqram) ilə Zəfər Əliyev (97 kiloqram) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kiloqram) isə təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Nəşr edilib : 10.03.2026 21:09