NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

...

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Nəşr edilib : 11.03.2026 14:54