NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Avropa İttifaqı Şurasının Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

...

Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

"Şərq qapısı" xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən A.Koştaya Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Nəşr edilib : 11.03.2026 15:55