NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Avropa Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmanı alqışlayıb

...

Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşma davamlı sülhün bərqərar olması üçün real perspektivlər açır.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra "X" sosial şəbəkəsində yazıb.
"Kopenhagendə "Avropa Siyasi Birliyi"nin növbəti sammitinə ev sahibliyi edəcək Ermənistanın Baş naziri Nikol Paşinyanla əla görüşüm oldu. Mən Ermənistanla Azərbaycan arasında davamlı sülhə real ümid verən sazişi, eləcə də Ermənistanın Avropa ilə əlaqələri gücləndirməyə və demokratiya, sabitlik və rifah kimi ortaq dəyərlərimizi təşviq etməyə sadiqliyini alqışladım", - o bildirib.

Nəşr edilib : 02.10.2025 19:07