NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Aytəkin Babayeva: Tədris prosesi cədvələ uyğun şəkildə davam edir, şagirdlərə psixoloji dəstək göstərilir

...

Məlum olduğu kimi, dünən səhər saatlarında İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları həyata keçirilib. Dronlardan biri Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşüb.
Təhsil ocağının ingilis dili müəllimi Aytəkin Babayeva bildirir ki, baş verən hadisə pedaqoji heyət və şagirdlərin yaddaşında dərin iz buraxıb. Buna baxmayaraq, müəllimlər vəziyyəti nəzarətdə saxlayaraq bütün şagirdlərin təhlükəsizliyini təmin ediblər. Daha sonra uşaqlar valideynlərinə təhvil verilib.
Aytəkin müəllimin sözlərinə görə, hazırda məktəbdə vəziyyət sabitdir: “Tədris prosesi cədvələ uyğun şəkildə davam edir və şagirdlərə lazım olan psixoloji dəstək göstərilir”.

Nəşr edilib : 06.03.2026 15:55