Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
"Şərq qapısı" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.
"Aİ-nın Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə yenidən görüş xoş oldu. Azərbaycan və Aİ arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr apardıq, Aİ-nin Azərbaycanın regional nəqliyyat və əlaqəlilik təşəbbüslərinə dəstək imkanlarını dəyərləndirdik", - deyə o qeyd edib.
Digər xəbərlər