NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb

...

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq Kuboku”nda yarımfinal mərhələsinə yekun vurulub.

"Şərq qapısı" xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kiloqram) də rinqə çıxıb.

O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib. Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.

Nəşr edilib : 02.08.2025 11:35