NAXÇIVAN :

11 Oktyabr 2026, Bazar

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

...

Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında fərdi yarışları yeddi medalla bitiriblər.

"Şərq qapısı" xəbər verir ki, bunlardan 1-i qızıl, 2-si gümüş, 4-ü bürünc mükafat olub.

Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub. Zelim Tçkayev (81 kiloqram) və Uşanqi Kokauri (100 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Son gündə qarışıq komanda yarışı təşkil olunacaq.

Nəşr edilib : 10.10.2026 21:45