NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycan cüdoçusu Qran-Pridə qızıl medal qazanıb

...

Azərbaycan cüdoçusu Ruslan Paşayev Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.
"Şərq qapısı" xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda braziliyalı Ronald Limanı qızıl xalla məğlub edib.
Qeyd edək ki, Azərbaycan turnirdə 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunur. Yarışda 59 ölkədən 479 idmançı mübarizə aparır.

Nəşr edilib : 06.03.2026 22:59