NAXÇIVAN :

23 Oktyabr 2026, Cümə

Azərbaycan Dünya Bankı ilə AZURE layihəsini müzakirə edib

...

Azərbaycan və Dünya Bankı arasında bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası (AZURE) layihəsi və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq müzakirə edilib.

"Şərq qapısı" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, bu barədə müzakirələr Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə enerji təcrübəsi meneceri Stephanie Gil ilə aparılıb.

P. Şahbazov qeyd edib ki, bərpa olunan enerji istehsalının genişləndirilməsi, elektrik şəbəkəsinin gücləndirilməsi və regional enerji bağlantılarının yaradılması istiqamətində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Nəşr edilib : 22.10.2026 15:38