NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

...

Fevralın 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib.
“Şərq qapısı” xəbər verir ki, bu dəfə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.
Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 min 900 tona yaxın taxıl) göndərilib.

Nəşr edilib : 01.02.2026 15:57