NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub

...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevi qəbul edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyasından bildirilib.

Qeyd olunub ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsi vurğulanıb.

Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Bu kontekstdə hökumət başçısının Azərbaycana rəsmi səfəri zamanı imzalanan müqavilələrin strateji əhəmiyyəti vurğulanıb.

Nəşr edilib : 14.08.2026 14:48