NAXÇIVAN :

25 Avqust 2026, Çərşənbə axşamı

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB

...

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.

"Şərq qapısı" xəbər verir ki, bu türbə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı abidələrindən biridir. IX əsrin sonu – X əsrin əvvəllərində inşa edilən türbə özünəməxsus memarlıq həlli ilə seçilir. Abidənin əsas tikinti və bədii tərtibat materialı bişmiş kərpicdir. Tədqiqatçılar burada kərpic hörgüsünün 18 müxtəlif növünü müəyyən ediblər. Ənənəvi olaraq hesab edilir ki, burada Samanilər sülaləsinin banisi və ən görkəmli nümayəndələrindən biri İsmayıl Samani, onun atası və nəvəsi dəfn olunub.

Nəşr edilib : 24.08.2026 16:38