NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinə dair müzakirə aparılıb

...

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin “Yüksəksəviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.
General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin “Yüksəksəviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Nəşr edilib : 11.10.2025 20:55