İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
NAXÇIVAN :
23 Yanvar 2026, Cümə
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru Aynel Məşədiyeva və Turan Dövlətləri Birləşmiş Konfederasiyasının xarici təşkilatlanma üzrə sədri Mesut Gülaçtı Azərbaycanın Xalq rəssamı, professor, Ümumdünya Rəssamlar Akademiyasının və UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperiya İncəsənət Akademiyasının fəxri akademiki, Türkiyə Dünyası Akademiyasının həqiqi üzvü Sakit Məmmədov və Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar, professor Siyavuş Kərimi ilə görüş keçiriblər.
"Şərq qapısı" xəbər verir ki, görüş zamanı ölkəmizin mədəniyyət və incəsənət sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də Türk dünyası çərçivəsində yaradıcı əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan fəaliyyətlər müzakirə olunub. Belə görüşlərin həm sənətkarlar, həm də elm və mədəniyyət qurumları arasında əlaqələri gücləndirdiyi vurğulanıb.
Turan Dövlətləri Birləşmiş Konfederasiyası ilə Azərbaycanın sənət və elm ictimaiyyəti arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ümumtürk mədəni irsinin beynəlxalq səviyyədə təbliği istiqamətində əməkdaşlığın önəmi xüsusi qeyd olunub.
Görüş çərçivəsində adıçəkilən konfederasiyanın xarici təşkilatlanma üzrə sədri Mesut Gülaçtı Azərbaycanın Xalq rəssamı Sakit Məmmədova və Azərbaycanın Xalq artisti Siyavuş Kərimiyə təşəkkür plaketlərini təqdim edib.
Digər xəbərlər