NAXÇIVAN :

01 Avqust 2026, Şənbə

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

...

Paris şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti, Banqladeşin UNESCO yanında daimi nümayəndəsi Hondker M. Talha ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə UNESCO-nun Baş Konfransı çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq mədəni-humanitar gündəlikdə yer alan prioritet mövzular və təşkilat daxilində çoxtərəfli dialoqun təşviqi məsələləri müzakirə olunub.

Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirərək təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Tərəflər mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin təşviqi, qeyri-maddi mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib.

Nəşr edilib : 17.06.2026 17:48