NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan Mərakeşdə keçirilən SIAM 2026 sərgisində təmsil olunur

...

Azərbaycan ikinci dəfə “Salon International de l’Agriculture au Maroc” (SIAM) sərgisində təmsil olunur. Afrikanın ən böyük kənd təsərrüfatı tədbirlərindən biri hesab edilən bu sərgi aprelin Mərakeşin Meknes şəhərində təşkil edilib.

Azərbaycanın Mərakeşdəki səfirliyindən verilən məlumata görə, beynəlxalq əhəmiyyətli bu tədbir dövlət qurumlarının nümayəndələrini, özəl sektor iştirakçılarını və dünyanın müxtəlif ölkələrindən ekspertləri bir araya gətirir. Sərgi kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi, innovasiyaların təqdimatı və yeni tərəfdaşlıqların qurulması üçün mühüm platformadır.

Qeyd edilib ki, Azərbaycanın milli pavilyonu Mərakeşdəki səfirliyimiz AZPROMO ilə birgə təşkil edib. Pavilyonda ölkənin aqrar-sənaye sektorunda əldə etdiyi nailiyyətlər, eləcə də zəngin kənd təsərrüfatı ənənələrini əks etdirən məhsullar nümayiş olunur.

SIAM 2026 sərgisində iştirak Azərbaycanla Mərakeş arasında iqtisadi əlaqələrinin möhkəmləndirilməsi, yeni işgüzar tərəfdaşlıqların qurulması və təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.

Nəşr edilib : 21.04.2026 17:22