Bu tədbir Azərbaycan milli Mətbuatının 150 illiyi ...
23:26 30.05.2025
0
0
0
NAXÇIVAN :
01 Iyun 2025, Bazar
Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə: "Fəxr edirik ki, həmkarlarımızla bərabər Azərbaycan mətbuatının 150 illik yubileyini Naxçıvanda böyük təntənə ilə qeyd edirik"
"Bu gün Azərbaycanın qədim diyarı olan Naxçıvanda mötəbər bir tədbirə şahidlik edirik. Bildiyiniz kimi, bu il Azərbaycan mətbuatının 150 illik yubileyidir və bu yubileyin Naxçıvanda keçirilməsi, doğrudan da, bizim üçün böyük qürurdur, şərəfdir. Naxçıvan mediası qədim tarixə, zəngin ənənələrə və böyük güclü dəyərlərə söykənən informasiya dünyamızın parlaq simasıdır. Bu mənada, mən Naxçıvan mediasında olan bütün həmkarlarımızı ürəkdən təbrik edir və bu mötəbər tədbirə ev sahibliyi etdiyi üçün əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Naxçıvanda bu tədbirin keçirilməsi ayrıca dəyərlidir, gözəldir, ona görə ki, Naxçıvan mediası çox böyük zəngin tarixə malikdir. Həm də eyni zamanda Naxçıvan mediası Azərbaycan mediasının ayrılmaz parçasıdır. Biz fəxr edirik ki, həmkarlarımızla bərabər bu gün Azərbaycan mətbuatının 150 illiyini məhz Naxçıvanda böyük təntənə ilə qeyd edirik. Eyni zamanda "Göycə" festivalındayıq. Tədbirdən sonra bura gəlmişik, bu festival bizim üçün çox maraqlıdır. Burada insanlar bir-biri ilə dostluq qururlar, eyni zamanda Naxçıvanın qədim ənənələri, mədəniyyəti ilə tanış olurlar. Həmçinin burada dəyərli sənətkarlarımızın əl işləri ilə tanış oluruq. Biz bu festivaldan böyük sevinc və qürur hissi ilə ayrılacağıq".
Digər xəbərlər