NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycan neft emalını 7%-ə yaxın artırıb

...

Ötən il Azərbaycanda 6,2 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 6,9% artım deməkdir.

"Şərq qapısı" xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, 2024-cü ildə Azərbaycanda 5,8 mln. ton neft emal edilib.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Nəşr edilib : 12.01.2026 12:48