NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Azərbaycan nefti bahalaşıb

...

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,33 dollar və ya 2,56% artaraq 93,37 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 91,04 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Nəşr edilib : 07.08.2026 09:48