NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Azərbaycan nefti ucuzlaşıb

...

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

"Şərq qapısı" xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,54 ABŞ dolları və ya 4,5% azalaraq 116,83 ABŞ dolları olub.

Bundan əvvəl Azərbaycan nefti 122,37 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Nəşr edilib : 22.09.2026 09:44