NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

...

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,06 ABŞ dollar və ya 1,49% artaraq 72,2 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,14 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Nəşr edilib : 12.02.2026 09:47