Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları ar...
20:50 26.10.2026
0
0
0
Oktyabrın 27-28-də Daşkənddə Azərbaycanın da iştirak edəcəyi VIII Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026 keçiriləcək.
"Şərq qapısı" Özbəkistan mediasına istinadla xəbər verir ki, tədbirdə 19 ölkədən 500-dən çox nümayəndənin iştirakı gözlənilir.
Forumun əsas mövzusu “Resurslardan qlobal imkanlara doğru”dur. Proqram çərçivəsində kritik əhəmiyyətli faydalı qazıntıların hasilatının inkişafı, investisiyaların cəlb edilməsi, geoloji kəşfiyyatda süni intellektin tətbiqi, hasilatda avtonom sistemlərdən istifadə və sənayedə enerji səmərəliliyi məsələlərinə həsr olunan yeddi sessiya keçiriləcək.
Forum Özbəkistanın Mədən Sənayesi və Geologiya Nazirliyinin, eləcə də Metallurgiya Assosiasiyasının dəstəyi ilə “Uzexpocentre” sərgi kompleksində təşkil olunacaq.
Digər xəbərlər