NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Azərbaycan Pakistana qarşı hərbi hücumları pisləyib

...

Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir. 

"Şərq qapısı" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumatda Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib.

"Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq",-deyə qeyd olunub.

Nəşr edilib : 07.05.2025 10:51