NAXÇIVAN :

24 Avqust 2026, Bazar ertəsi

Azərbaycan Premyer Liqasında II tur start götürür

...

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
"Şərq qapısı" xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Qəbələ” öz meydanında “Şəfa”nı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq.
Digər oyunda isə “Zirə” “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 20:45-də start götürəcək.
Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb. Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.

Nəşr edilib : 22.08.2026 10:11